Xiaomi, 20 Gün Batareya Ömrü Təqdim Edən Yeni Ağıllı Saatı Mi Band 3-ü Elan Etdi!

Xiaomi, 20 Gün Batareya Ömrü Təqdim Edən Yeni Ağıllı Saatı Mi Band 3-ü Elan Etdi!

Zəngləri bir biləklik üzərindən göstərmənizi, səssiz almanızı hətta mesajlarınızı dahi oxumanızı təmin edən Xiaomi Mi Band 3 rəsmi olaraq tanıdıldı.
Öz adına ilin ən böyük fəaliyyətini təşkil edən Xiaomi, yeni admiral gəmisi Mi 8, orta-üst seqment ağıllı telefonu Mi 8 SE və öz interfeysi olan MIUI 10-u tanıdaraq mobil istifadəçilərin diqqətini bir anda özünə çəkməyi bacarmışdı. Çinin Shenzhen şəhərində keçirilən tədbirdə özünü göstərən digər Xiaomi məhsulu Mi Band 3 idi.

Xiaomi tərəfindən edilən şərhdə yeni Mi Band 3ün bir əvvəlki nəsil Mi Band 2-yə görə məlumatları çox daha doğru göstərdiyinə vurğu edilərkən, bir pedometr(addım sayğacı), yuxu təqibçisi və ürək atış sürəti sensoruna sahib olduğu açıqlandı. Bundan əlavə Mi Band 3 istifadəçiləri uzun müddət passiv qalanda biləklik tərəfindən hərəkətli olmaqları barədə xəbərdarlıq alacaqlar.



Mi Band 3-ü ağıllı telefonu ilə sinxronizasiya edən istifadəçilər, gələn zəngləri və mesaj məzmunlarını biləklik üzərindən görə biləcəklər. Əlavə olaraq istifadəçilər istədikləri vaxt zəngləri yenə Mi Band 3 üzərindən səssizə ala biləcəklər.Eyni zamanda Mi Band 3 ağıllı telefona bağlı qaldığı müddətcə hava vəziyyətini də göstərəcək.


5 metr dərinliyə qədər suya davamlı olan Mi Band 3ün qara, mavi və çəhrayı olmaqla üç fərqli rəng variantı var. Cihaz standart istifadədə 20 günədək bir batareya ömrünü təklif edir və hardasa 26$ satış qiymətinə malikdir.


sh