Samsung-un əyilən bilən smartfonu bu il təqdim oluna bilər

Samsung-un əyilən bilən smartfonu bu il təqdim oluna bilər

Samsung şirkəti əyilə bilən smartfon üzərində 2013-cü ildən bəri çalışır. Bir neçə müddət bundan öncə isə məlum oldu ki, Huawei şirkəti Samsung-dan tez tərpənərək əyilə bilən smartfonu ilk olaraq özü təqdim etmək istəyir. Məlumata əsasən Huawei şirkətinin bu smartfonu ilin sonuna kimi təqdim olunmalıdır.

Teach.az technote.az-a istinadən bildirir ki, Samsung isə öz əyilə bilən smartfon modelini gələn ilin əvvəlində təqdim etməyi planlaşdırır. Lakin son məlumatlara əsasən Samsung şirkəti bu işdə birinciliyi Huawei şirkətinə vermək niyyətində deyil. Bu barədə Samsung Electronics IT və Mobile şöbələrinin rəhbəri bildirib.

O bildirib ki, Samsung öz əyilə bilən smartfon modelini artıq bu il təqdim edə bilər. Lakin dəqiq vaxt aralığı barəsində heç bir məlumat verilməyib. Lakin biz bu cihaz barəsində nə bilirik? Bugünə qədər məlum idi ki, Samsung-un əyilə bilən smartfon modeli Galaxy X adlanacaq. Lakin son məlumatlara əsasən şirkət onun adını Galaxy F-ə dəyişib. Galaxy F-in yeni nəsil texnologiyalar ilə təchiz olunacağı güman edilir. Onun qiymət aralığı isə 1500-2000$ olacaq. Qeyd etmək lazımdır ki, Samsung və Huawei şirkətlərindən başqa Çinin Xiaomi və Oppo şirkətləri də gələn il üçün özlərinin əyilə bilən smartfon modellərini təqdim etməyi planlaşdırırlar.