Elektriklə işləyən çamadan
Çinli ixtiraçı He Lianqçai, saatda 20 kilometr sürət yığa bilən və elektriklə işləyən çamadan-motosiklet icad etdi.
Teach.az deyerler.org-a istinadən bildirir ki, Çində 10 illik bir əməyin nəticəsində yaratdığı elektriklə işləyən çamadanını mətbuat mənsublarına tanıdan He Lianqçai, icad etdiyi 6 kiloluq əşya daşıya bilən çamadan-motosikletlə 59 kilometr yol gedilə biləcəyini ifadə etdi. Xüsusi təhsil almayan He Lianqçainin yaratdığı çamadan-motosiklet enerji ilə təmin edilə bilən kiçik bir batareya ilə işləyir.
Çamadanda sərnişinə kömək etməsi üçün naviqasiya və oğurluğa qarşı həyəcan siqnalı funksiyası da var.
Çinli ixtiraçı He Lianqçai, 1999-cu ildə də vasitə təhlükəsizliyi üçün yaratdığı təhlükəsizlik sistemilə ABŞ-da mükafat almışdı. He Lianqçai, çamadanı necə yaratdığı haqqında danışarkən, 1999-cu ildə qazandığı mükafatı almaq üçün ABŞ-a getdiyi zaman çamadanını unutduğunu və belə bir çamadan yaratmağı planlaşdırdığını dedi.