Azərbaycanlılar ağıllı robot yaratdı - Robot təcili yardım, yanğınsöndürən və polis çağırır

Azərbaycanlılar ağıllı robot yaratdı - Robot təcili yardım, yanğınsöndürən və polis çağırır

Uzun illərdir dünyanın müxtəlif ölkələrində robotların insanların gündəlik həyatını necə sadələşdirdiyini görmüşük. Nəhayət ki, Azərbaycanda da robot texnologiyasının rahatlığından istifadə edəcəyik.
İki ay ərzində BNB Dynamics "ağıllı robot" yaradıb. Yerli robotun adı "Bibot"dur. Bir neçə dildə proqramlaşdırılan "Bibot" müxtəlif suallara cavab verə bilir. "Bibot"un əsas funksiyaları içərisində turistlərə və yerli əhaliyə xidmət dayanır. Robot lazım olduqda təcili yardım, yanğın söndürən və polis çağırmağa da proqramlaşdırılıb. "Bibot" a hər hansı bir AVMdə istifadə edilə bilər.
Gələcəkdə BNB Dynamics bu robotların sürətli prototiplərini inkişaf etdirəcək. Onlar müxtəlif sənaye aspektlərində insanları əvəz edə biləcək.

Qeyd edək ki, BNB Dynamics şirkəti 2018-ci ildə Bakıda yaradılıb. Şirkətin əsas istiqaməti robot texnologiyası, sənaye dizaynı, proqram təminatı, süni intellektin hazırlanmasıdır.

Hazırda, şirkət tam robot-humanoid surəti yaratmaq üçün layihə üzərində işləyir.

BNB Dynamics şirkətinin səhifələrinə qoşulun
Instagram səhifəsi: https://www.instagram.com/bnbdynamics/
Facebook səhifəsi: https://www.facebook.com/bnbdynamics/
Əlaqə nömrəsi: +994 12 373 66 05