Eşitmə əngəlliləri üçün ağıllı əlcək yaradıldı: "Danışan əllər" - FOTOLAR
Konyada iki universitet tələbəsi tərəfindən eşitmə əngəllilərin ünsiyyət qurmasını asanlaşdırmaq üçün ağıllı əlcək yaradılıb.
Teach.az xəbər verir ki, işarət dilini səsə və yazıya çevirən qurğu "Danışan əllər" adlanır.
Selçuk Universitetinin "Kompüter mühəndisliyi" fakultəsinin tələbəsi Uğur Mutlu Kalaycı və Fatma Kevser Aslan eşitmə əngəllilərin həyatlarını asanlaşdırmaq məqsədi ilə bu addımı atıb.
Əlcəyin barmaqlarındakı sensor edilən hərəkətləri tənzimləyir və bluetooth vasitəsi ilə Android sistemli ağıllı telefona göndərir. Telefonda işarət dili səsli və yazılı olaraq göstərilir.
Tələbələrdən Uğur Mutlu Kalaycı əlcəyi eşitmə əngəllilərin günlük həyatda daha asan istifadə etmələri üçün mobil olaraq ixtira etdiyini söyləyib. Bu əlcək min söz və yüz cümləni yaddaşında saxlaya bilir.
Eşitmə əngəllilərin bu əlcək vasitəsi ilə işə gedə biləcəkləri və asan ünsiyyət qura biləcəklərini deyən Kalaycı əlcəklərin dünyanın hər yerində asan istifadə edilə biləcəyini vurğulayıb.
Fira