Kosmos Oteli, 2021-ci İldə xidmət verəcək (Oteldə qalma qiyməti sadəcə (!) 40 Milyon Dollar)

Kosmos Oteli, 2021-ci İldə xidmət verəcək (Oteldə qalma qiyməti sadəcə (!) 40 Milyon Dollar)

Dünyadakı 5 ulduzlu otellərdən sıxılmısınızsa, kosmosda olan 'Space Hotel' yəni Kosmos otelinə gedə bilərsiniz.
Əgər konsept bir oteldə qalmısınızsa,deməli, bunun nə qədər əyləncəli bir təcrübə olduğunu da bilirsiniz. Dünyanın bir çox yerini gəzib gördüyünüzü düşünürsünüzsə və artıq dünyadan uzaqlaşmaq istəyirsinizsə 2021-ci ildə açılacaq olan 'Kosmos otelini yoxlaya bilərsiniz.

Orion Span adlı cəhd, 2021-ci ilə qədər Aurora stansiyasının bir otelə çevrilməsi layihəsidir. Otel, dünyadakı otellərdən həm yerləşmə, həm də qiymət baxımından çox fərqlidir. Planetin orbitində səyahət edərkən lüks yataqlar və otaq xidməti tapa bilməzsiniz, ancaq mənzərənin bənzərsiz olacağı bir həqiqətdir. Bu otel diqqətinizi çəkdisə, cibinizin də xəyal gücünüz qədər zəngin olması lazımdır.


Otelin yerləşmə qiyməti tam olaraq müəyyən olmamaqla birlikdə, əvvəlki kosmos turistləri Beynəlxalq Kosmos Stansiyasında qısa davamlı səfərlər üçün 40 milyon dollar qədər bir ödənişi gözdən çıxarmışdı. Əgər siz də Kosmos otelində qalmaq istəsəniz, indidən gözləmə siyahısına girmək üçün 80 min dollar qədər pulu Orion Span-a verib bu siyahıya daxil ola bilərsiniz.


sh