Ağılınızı oxuyub gördüklərini anlıq olaraq yazan bir cihaz təkmilləşdirildi!

Ağılınızı oxuyub gördüklərini anlıq olaraq yazan bir cihaz təkmilləşdirildi!

Bir qrup elm adamı, düşüncələrimizi oxuyub onları tək-tək mətnə tökən bir növ cihaz inkişaf etdirdiklərini söyləyirlər. Məqsədi isə danışma maneəli olan insanların düşüncələrini köçürməyi təmin etməkdir.
Düşüncəmizi oxuyan cihazların və proqramların inkişafı, paralel olaraq beyin dalğalarını qəbul edəcək sensorları və süni zəka proqramlarının inkişafına bağlıdır. Bir qrup alim isə 90% düzgünlük payına sahib olduğunu söylədikləri bir cihaz inkişaf etdirdilər. Anlıq olaraq ağlımızı oxuma qabiliyyətinə sahib olan cihaz, bütün oxuduqlarını da dərhal mətnə çevirir.

Tədqiqatçıların əsas məqsədi, danışma və ya hərəkət bacarıqlarını itirmiş insanlara kömək etməkdir. Cihaz, bir cümlə qurarkən beynimizdəki siqnallar vasitəsilə tələffüz etdiyimiz sait və samit hərfləri analiz edir, yazır və köçürür.

Digər tərəfdən, cihazın bir şey ötürməsi üçün daha əvvəl bu cümlə və ya sözü eşitməsinə ehtiyac yoxdur. Yəni bilmədiyi siqnalları da sözlərə çevirə bilər. Araşdırmanın və məhsulun baş mühəndislərindən David Moses, Sun qəzetinə, "İndi sinir siqnalların cümlələrə tökülməsi artıq mümkündür. Mexanika tərəfindən göstərilən performans və genişləmə tutumu göz qarşısında saxlanıldığında, danışma protezləri üçün bir rol oynayacağını düşünürük." deyir.

Ancaq tənqidçilər cihaz haqqında qorxularını açıqlamaqdan da çəkinmirlər. Çıxış nöqtəsi bir maneəni aradan qaldırmaq olsa da məqsədindən kənara çıxan bir layihə olsa, bəzi problemlər ortaya çıxa bilər. Kaliforniya Universitetində istehsal edilən cihaz "Neural Engineering" jurnalında da dərc edilib.

Elm fantastika filmləri və hekayələri, müasir elmin formalaşmasında əhəmiyyətli bir rola sahibdir. İşin digər tərəfindən bu məzmunların bizi yaşanacaqlara hazırlamaq üzrə hazırlandıqları iddiaları da var. Siz hansını seçərsiniz bilmirik amma bəzi inkişafların insanı qorxu və şübhəyə saldığı də bir həqiqətdir.



sh