Facebookun haqqınızda 'tüklərinizi ürpədəcək' qədər çox məlumata sahib olduğu faylı necə yükləyə bilərsiniz?

Facebookun haqqınızda 'tüklərinizi ürpədəcək' qədər çox məlumata sahib olduğu faylı necə yükləyə bilərsiniz?

Facebook, sizin haqqınızda "yox artıq" deyə biləcəyiniz qədər çox məlumata sahib. Bunları toplamaqla yanaşı, şirkət istənilən məlumatı sizə təqdim edə bilər.
Facebook, internet istifadəçilərinin böyük əksəriyyətinin demək olar ki bütün əlaqə məlumatlarına malik bir platformadır. E-poçt ünvanınızdakı qeydlər xüsusi telefon nömrələrindən telefon kitabçanıza hər cür faylları əhatə edir. Təxminən 14 ildən bəri xidmət verməyə davam edən şirkət, bu müddətdə yığdığı məlumatlarla bizləri bizdən daha yaxşı tanımağa başladı.
Əlaqəli xəbər
https://teach.az/476-facebookun-haqqinizda-tuklerinizi-urpedecek-qeder-melumata-sahib-oldugunu-subut-eden-fayl.html

Əgər Facebooku təsirli bir şəkildə istifadə edirsinizsə, bu anda şirkətin serverlərində sizin haqqınızda son dərəcə detallı bir fayl var. Bu faylda, Facebookda olduğunuz müddətcə yaşadığınız,demək olar ki hər şey var. Bu qədər ətraflı məlumatların Amerika mərkəzli bir firmada tutulması sizləri nə qədər təhlükəsiz hiss etdirir bilmirik, ancaq illər ərzində nələr etdiyinizi bilmək istəyirsinizsə bir neçə sadə addımla Facebookun sizə xüsusi yığdığı arxivi yükləyə bilərsiniz. Təxminən 300-700 MB ölçülərində olan bu arxiv, özünüzün belə xatırlamadığı məlumatlarınızı tapmağa səbəb ola bilər.

Bu gün sizlərə Facebookda olan məlumatlarınızı necə indirebileceğinizi köçürəcəyəm. Bir neçə sadə addımla məlumatlarınızı əldə edə bilərsiniz.
Facebookdan Arxivimi Necə Əldə Edə Bilərəm?
Facebookun ana səhifəsinə daxil olduğunuzda, üst menyunun ən sağında olan aşağı ok simvoluna basın.

Açılan pəncərənin alt qismində yerləşən "ayarlar" düyməsinə basın.

Açılan səhifənin ən alt qisimində yerləşən "Facebook məlumatlarının surətini yüklə" düyməsinə basın.

Açılan pəncərələri sürətlicə keçərək Facebookun sizin üçün arşivinizi hazırlamasını gözləməyiniz lazımdır. Təxminən 10 dəqiqə davam edəcək hazırlığın nəticəsində mail hesabınıza, arxivin hazır olduğuna dair bir mesaj gələcək. Daha sonra Facebookun hazırladığı faylları yükləyə və Facebookun gözündə kim olduğunuzu öyrənə bilərsiniz.

Dünyanın yeni qızıl mədəni: Data
Bundan 50-100 il əvvəl ən qiymətli şey neftdi. Neftə sahib olan ölkə hər şeyə sahib ola bilərdi. İndiki vaxtda baxdığımızda neftin yeri məlumatların aldığını görürük. Günümüzün ən böyük şirkətləri Google, Facebook, Apple kimi şirkətlər, eyni zamanda böyük məlumatlara də sahibdirlər. Bu məlumatlar sayəsində insanların öz hökumətlərindən belə daha çox məlumatı əldə edə bilirlər və layihələrini bu şəkildə təqdim edirlər.


sh