Windows sistemində təhlükəsiz mühit yaradılır

Windows sistemində təhlükəsiz mühit yaradılır

"Windows 10" əməliyyat sistemində daxilində təhlükəli proqramların yoxlanılması mümkün olan təcrid olunmuş konteyner əlçatan olacaq. Proqram öz işini bitirən kimi virtual mühit məhv edilir ki, zərərli kod sistemə zərər vurmasın.

Teach.az Milli.Az-a istinadən bildirir ki, yeni "InPrivate Desktop" funksiyası erkən hazırlama mərhələsindədir və şirkətdə daxili sınaqdan keçirilir. Buna əsaslanaraq, yeni funksiya çətin ki, "Windows 10" sisteminin payıza nəzərdə tutulmuş növbəti böyük yeniləməsində tətbiq olunsun.

"InPrivate Desktop" funksiyası əməliyyat sisteminin virtuallaşdırma rejimi aktivləşdirilmiş korporativ versiyasının ("Windows 10 Enterprise") mövcudluğunu tələb edir. Proqramı "Windows" mağazasından yükləmək mümkün olacaq.

Qeyd edək ki, virtuallaşdırma texnologiyaları "Windows 10" platformasının təhlükəsizlik funksiyalarının əksəriyyətində tətbiq edilib.