Rok mahnıları əsasında proqramlaşdırma dili yaradılıb
Britaniya proqramçısı Dilan Bitti 80-ci illərin məşhur rok qruplarının mahnıları əsasında "Rockstar" adlı yeni dinamik proqramlaşdırma dili yaradıb.
Teach.az Milli.Az-a istinadən bildirir ki, "Rockstar" növünə görə mahnıları xatırladan kompüter proqramlarının yaradılması üçün nəzərdə tutulan tiplər üzrə təsnif edilmiş dinamik proqramlaşdırma dilidir. Dil 1980-ci illərin hard rok poeziyası və rok balladalarından istifadə edir.
Proqramçı dili real, lakin tam mənasız hesab edir. Onun sözlərinə görə, bu, işçi heyətin seçilməsi üzrə menecerlər tərəfindən "rockstar developer" ifadəsindən istifadənin aradan qaldırılması üçün edilib.
Yeni dil iki dəyişkən tipə malikdir. Ümumi dəyişkənlər kiçik hərflə artikl və ya şəxsi əvəzlik və istənilən isimlə, xüsusi isimlər isə böyük hərflə başlamalıdır.
"Rockstar" proqramlarında şərhlərdən istifadə tövsiyə edilmir, çünki auditoriya onlarda mənanı rok balladalarda olduğu kimi özü tapmalıdır. Lakin şərhlərə ehtiyac yarananda o, kiçik mötərizədə göstərilməlidir.