Google Pixel 3 XL smartfonu Geekbench testindən keçdi

Google Pixel 3 XL smartfonu Geekbench testindən keçdi

Google şirkətindən olan yeni Pixel modellərinin təqdimatına 2 ay vaxt qalıb. Lakin artıq indidən Pixel 3 XL modeli Geekbench testindən keçib.
Teach.az technote.az-a istinadən bildirir ki, bir çox istehsalçılar 8 GB RAM-a sahib smartfonlar istehsal edərək öz diqqətlərini 10 GB RAM-lıq göstəricilərə ayırdıqları bir vaxtda Google şirkəti yeni model Pixel smartfonu üçün 4 GB RAM-ın bəs edəcəyini düşünür. Belə ki, Geekbench testində məhz 4 GB RAM-a sahib Pixel 3 XL modeli əks olunub. Bununla yanaşı smartfon Snapdragon 845 prosessoru ilə təchiz olunub. Beləliklə smartfon birnüvəli testdə 2423 xal, çoxnüvəli testdə isə 8359 xal toplayıb. Google Pixel 3 XL Android 9 əməliyyat sistemi əsasında çalışır. Bundan əlavə olaraq bir sıra məlumatlara əsasən Pixel 3 XL modeli, üzərində çıxıntı hissəyə sahib böyük ekran və şüşədən hazırlanmış korpus ilə təchiz olunacaq. Gözlənildiyi kimi yeni Pixel modellərinin təqdimatı bu ilin Oktyabr ayında baş tutacaq.