Windows üçün smartfon meneceri sınanır

Windows üçün smartfon meneceri sınanır

"Microsoft" şirkəti "Android" sisteminin idarəetməsi altında işləyən smartfon və "Windows" sistemi ilə işləyən kompüter arasında faylların sürətli sinxronlaşdırılması üçün yeni "Your Phone" mobil proqramını sınaqdan keçirməyə başlayıb. Bu proqram vasitəsilə sadəcə faylları tutub çəkməklə onları bir qurğudan digərinə ani daşımaq mümkündür.

Teach.az Milli.Az-a istinadən bildirir ki, məsələn, "Your Phone" mobil tətbiqi sayəsində smartfondakı şəkil birbaşa "PowerPoint" təqdimatına yerləşdirilə bilər. Daha sonra bir çox imkanlar əlçatan olacaq: məsələn, istifadəçilər mətn mesajlarını oxuya və onları cavablandıra, bildirişlər ala biləcəklər.

"Windows 10 Insider Preview" (17728) quraşdırmasının ilkin versiyasında "Your Phone" dəstəklənir. Hələ ki "Windows Insider" proqramının iştirakçıları sözügedən proqramı yükləyə bilərlər. "Android" platformasında (7.0 və yuxarı versiya) eksperimental tətbiq yaxın həftələrdə əlçatan olacaq.