Facebookun haqqınızda tüklərinizi ürpədəcək qədər məlumata sahib olduğunu sübut edən fayl!

Facebookun haqqınızda tüklərinizi ürpədəcək qədər məlumata sahib olduğunu sübut edən fayl!

Facebook, özünə üzv olan və ya olmayan hər istifadəçinin məlumatlarını yığır. Bundan əlavə, bu məlumatlar sizin həyatınızın demək olar ki hər anında yaşadığınız şeylərdən ibarətdir.
Bu zamana qədər heç Facebookun sizin haqqınızda nələr bildiyini düşündünüzmü? Əslində yalnız Facebook deyil, sosial media liderliyində bütün data firmaları insanlar haqqında çox məlumat bilir, ancaq Facebook bunun bir addım qarşısına keçmiş ola bilər.
Bizlər çöldə gəzərkən, çox bəyəndiyimi bir məhsulun web səhifəsinə baxarkən, arkadaşımızla ən xüsusi sirlarimizi danışarkən, hər zaman yanımızda olan mikrofonlar köməyi ilə Facebook bizləri təqib edir. Facebook-da 10 il ərzində paylaşdığınız hər şeyi Facebookdan yükləyəcəyiniz tək bir fayl ilə gördüyünüzdə, Mark Zuckerberg'ün şirkətinin sizi sizdən daha yaxşı tanıdığına qənaət gətirə bilərsiniz.

Messenger üzərindən dostlarınızla paylaşdığınız gülməli fotoşəkillərdən, ailə içi məsələlərə qədər hər şeyi görüb,yetkinlikdə çəkdiyiniz o məcburedici fotoşəkilləri arxivlərində saxlamağa davam edən şirkət, sizin 10 illik keçmişinizi (sizin xatırlamadığınız şeylər də daxildir) özündə saxlayır.
Bəzi ölkələrin bu mövzuda çalışdığını görürük, baxmayaraq hələ şirkət haqqında dəqiq bir araşdırma yoxdur. Üz tanıma məlumatları, IP ünvanı, brauzer keçmişi, şəkillərinizin çəkildiyi yer və zamanı, GPS kimi məlumatları saxlayan şirkət, arxivinə telefonunuzda olan kəslərin siyahısını belə daxil edir.

Bu ayın əvvəllərində Belçika, Facebook'a ictimai paylaşma şəbəkəsi ilə hesabları olmayan internet istifadəçilərini izləməyi dayandırmasını əmr etdi. Bu qaydaya riayət olunmazsa şirkət gündə 250.000 avro cərimə ilə cəzalandırılacaq və bu qərara əsasən, Avropa Facebook haqqında istifadəçi məlumatlarını satmağı düşünür. Bununla yanaşı, Avstraliya Rəqabət və İstehlakçı Komissiyası (ACCC) Facebook-da araşdırma aparacağını açıqladı. Facebook və Google kimi nəhəng şirkətlər, insanların məlumatlarını toplayaraq lazımlı nöqtələrdən istifadə etməyə çalışırlar.

sh