MARSA GÖNDƏRİLƏCƏK TESLADAN YENİ FOTOŞƏKİLLƏR!

MARSA GÖNDƏRİLƏCƏK TESLADAN YENİ FOTOŞƏKİLLƏR!

Elon Musk, Marsa göndərəcəyi Teslanın yeni fotoşəkillərini paylaşdı!

Tesla və Space Xin qurucusu Elon Musk, Tesla marka Roadster avtomobilini 'Falcon Heavy' ilə kosmosa göndərəcəyini açıqlamışdı. Musk bu mövzuda ciddi olduğunu paylaşdığı yeni fotoşəkillərlə sübut etdi.
Texnoloji təşəbbüskarı Elon Musk, öz Tesla avtomobili Tesla Roadster'ını əfsanə müğənni David Bowienin 'Space Oddity'si ilə Mars orbitinə göndərməyi planlaşdırdığını açıqlamışdı.



Məşhur sahibkar Instagram hesabı üzərindən paylaşdığı yeni fotoşəkillərlə bunun gerçək olacağını göstərdi. Musk, qırmızı rəngli ilk versiya olan Tesla Roadster avtomobilini raketin yük bölümündə olarkən şəklini çəkdi.

Space X, gəminin Mars orbitində 'Apollo 11' ilə bənzər bir taleyi paylaşmadığı müddətcə Teslanın 'bir milyard il' ərzində kosmosda qala biləcəyini ifadə etdi. Musk 'Falcon Heavy' roketinin nəhayət, növbəti ay test edilməsi üçün hazırlıqlar aparıldığını açıqladı.


shrn.