Qonşudakı interneti qonşudan daha yaxşı istifadə etmənizi təmin edən: Xiaomi Wifi Pro Repeater

Qonşudakı interneti qonşudan daha yaxşı istifadə etmənizi təmin edən: Xiaomi Wifi Pro Repeater

Evi böyük olanlar və ya tək bir interneti paylaşanlar üçün Xiaomi-nin Siqnal gücləndiricisi həyat qurtaracaq. Evimizin hər tərəfini internetlə təmin etmək istəyirik. Bunun üçün ən mərkəzi nöqtəyə qoyduğumuz kabelsiz modemlərin çəkim gücünün zəif olduğunu deyə bilərik.

Teach.az xəbər verir ki, Xiaomi-nin bu vəziyyət üçün çox gözəl bir cihazı var. Xiaomi Mi Wifi Repeater Pro Siqnal ilə evinizin hər tərəfini internetlə təmin edə biləcəksiniz.

Xiaomi Siqnal gücləndiricisi sahəsi böyük və ya çox mərtəbəli evlərdə istifadə edilə bilir. Tax-çalışdır şəklində çalışan cihaz telefonunuza yüklədiyiniz bir proqram ilə nəzarət edilə bilir.

Xiaomi Wifi Pro Repeater Siqnal gücləndiricisinin xüsusiyyətləri bunlardır:

Köçürmə sürəti: 300 Mbps
Ötürmə standartı: Wi-Fi 802.11b/g/n
Tezlik: 2.4GHz
Ölçü: 220 x 150 x 70 mm
Ağırlıq: 30g

Xiaomi Wifi Pro Repeater qonşunun internetindən çəkməyən, internet çəksin deyə otağın xüsusi bir tərəfində yaşamaq məcburiyyətində qalan istifadəçilər üçün yaradılıb. Cihazı prizə taxıb Xiaomi-nin Mi Home proqramını yüklədikdən sonra, bu proqram üzərindən cihazı öz modeminizə və ya qonşunun modeminə tanıtdırmanız lazımdır. Wİ-Fİ adını seçib koda daxil olduqdan sonra siqnal gücləndiricisini modemə bağlamış olursunuz. Bundan sonra siqnal gücləndiricisi bir modem kimi davranacaq. Sizin etməniz gərəkən tək hərəkət cihaz üçün seçdiyiniz istifadəçi adını telefon və ya kompüterdəki Wİ-Fİ ekranında tapıb koda daxil olmaq olacaq.

Fira