Yuxu gətirən ağıllı çarpayı

Yuxu gətirən ağıllı çarpayı

Çinin “Sleepnumber” şirkəti maksimal dərəcədə məhsuldar yuxunu təmin edən unikal “ağıllı” çarpayı tərtib edib.

Teach.az-ın Life.ru saytına istinadən məlumatına görə, tərtibatçılar əsas vurğunu çarpayının rahatlığı və komfortuna ediblər.

Bu çarpayı sahibinin tələbatına uyğunlaşa bilir. Çarpayı sərtliyini dəyişdirir və insanın daha tez yuxuya getməsinə səbəb olan efir yağı səpələyir.

Həmçinin çarpayıda vibrasiya funksiyasının olduğu da qeyd edilir ki, bu da tərtibatçının iddiasına görə, bel üçün çox faydalıdır.
Yeniliyin qiyməti 499 dollardan 999 dollara qədərdir.