Xiaomi-dən möhtəşəm 4K Televizor sadəcə 375 dollara!

Xiaomi-dən möhtəşəm 4K Televizor sadəcə 375 dollara!

Xiaomi satdığı texnologiyaları rəqiblərinə nisbətən olduqca ucuz qiymətə təqdim etdməsi ilə tanınır. Şirkət bu siyasətini televizor bazarındada davam etdirir.

Özəlliklə Çin və Hindistan bazarında sanki bir fenomen olan Xioami paralel olaraqda Avropa bazarına çıxmağa başlayır. Xioami tərəfindən təqdim olunan 50" dioqanal bu yeni televizorda eyni şəkildə hər kəsin ala biləcəyi bir qiymətdədir.



Böyük bir 50" dioqanal ölçü, HDR ekran və Dolby keyfiyyəti ilə təqdim olunan Xioami MI TV 4A, artıq standart xüsusiyyətə çevrilən 4K keyfiyyətdə gələcək. 8Ms reaksiya müddəti (monitor üçün az ola bilər ancaq TV üçün olduqca yaxşıdı) 5000:1 kontrast və 178 dərəcəlik bir görüş bucağı təqdim edən televizor, bütün bu xüsusiyyətlərlə birlikdə Bluetooth 4.2 və 3 ədəd HDMI portuna sahibdir.



2 GB Ram və 8 GB yaddaşı olan bu canavar televizor xüsusi olaraq səsli idarəetmə ilədə təmin olunub. Amma bu xüsusiyyət hələki ancaq Çin dilində işləyir. Televizor hələki Çin və Hindistan bazarında satışa çıxarılıb. Yaxın vaxtda bu televizoru ölkəmizdə görməyi ümid edirik.