Samsung Galaxy Tab S4 təqdim olundu

Samsung Galaxy Tab S4 təqdim olundu

"Samsung" şirkəti yeni qabaqcıl "Galaxy Tab S4" planşetini rəsmən təqdim edib.

Teach.az Milli.Az-a istinadən bildirir ki, yeni qurğu "SoC Snapdragon 835" prosessor, 2560 x 1600 piksel təsvir ölçülü 10,5 düym diaqonallı "AMOLED" ekran, 4 və ya 64 giqabaytlıq operativ, 256 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. Quraşdırılmış yaddaşı "microSD" yaddaş kartları ilə genişləndirmək mümkündür.

Əsas kameranın təsvir ölçüsü 13 meqapiksel, ön kameranın isə 8 meqapiksel təşkil edir. Akkumulyator tutumu 7300 milliamper/saata bərabərdir, eləcə də sürətli enerjidoldurma dəstəklənir. Akkumulyatorun enerjisi videoya baxma rejimində 16 saat üçün nəzərdə tutulub. Çəkisi 482-483 qrama bərabər planşetin ölçüləri 249,3 x 164,3 x 7,1 mm təşkil edir.

Planşet, həmçinin hər birinin gücü 1,2 Vatta bərabər 4 "AKG" dinamiki, "Bluetooth 5.0" dəstəyi, gözün qüzehli qişası skaneri və dəstə daxil olan "S-Pen" qələmi ilə təchiz olunub. Bundan əlavə, qurğunun arxa paneli şüşədəndir.

"Galaxy Tab S4" planşetini, həmçinin "DeX" rejimində bir "USB Type-C" kabeli vasitəsilə kənar monitor və ya televizora qoşmaq olar. Bu halda qurğu masaüstü kompüteri əvəz edərək böyük sensor panelə çevrilir.

"Samsung Galaxy Tab S4" planşetinin "LTE" modeli ilə təchiz edilməyən əsas versiyasının qiyməti 650 dollar, 256 giqabaytlıq quraşdırılmış yaddaşa malik modelin isə 750 dollar təşkil edir.