Yeni iPhone-lar nə vaxt təqdim olunacaq? - Tarix bəlli oldu
Növbəti nəsil Apple smartfonlarının təqdimetmə tarixi məlum olub.
Son illər üzrə təqdimat cədvəli və bəzi digər amilləri nəzərə alsaq, yeni smartfonların 12 sentyabr 2018-ci il tarixində təqdim ediləcəyi gözlənilir.
Teach.az Milli.az-a istinadən bildirir ki, Apple bu kimi tədbirləri adətən çərşənbə axşamı və çərşənbə günləri, həm də sentyabrın ikinci həftəsinədək keçirir.
Beləliklə, 4 və 5 sentyabr, həmçinin 11 və 12 sentyabr bu tədbirin keçirilməsi üçün uyğundur.
3 sentyabr tarixində ABŞ-da "Əmək Günü" qeyd olunur, bu səbəbdən tədbirin 4 və ya 5 sentyabrda keçirilməsi məqsədəuyğun deyil. Apple şirkətinin yeni nəsil iPhone smartfonunu 11 sentyabr tarixində təqdim etməsi real sayılmır, çünki həmin gün ölkədə matəmdir.
Yeni smartfonlar 12 sentyabr tarixində təqdim ediləcəyi halda, sentyabın 21-də satışa çıxarıla bilər. Bildirilir ki, "Apple" payızda 5,8 və 6,5 düym diaqonallı iki OLED-model, yeni iPhone X və iPhone X Plus, həmçinin iPhone 9 kimi adlandırılan 6,1 düymlük ucuz LCD-modelini təqdim edəcək.
Bütün qurğular çərçivəsiz dizayn, sifətə görə istifadəçinin tanınması funksiyası (Face ID) və A12 sürətli prosessoru ilə təchiz ediləcək.