Smartfon kameraları üçün sensor təqdim olunub

Smartfon kameraları üçün sensor təqdim olunub

Smartfonlar üçün fotomodulların ən böyük istehsalçılarından biri olan "Sony" şirkəti "IMX586" adlı yeni "CMOS" sensorunu təqdim edib. Şirkətin nümayəndəsi iddia edir ki, rekord təsvir ölçüsünə malik yeni sensor güzgülü kameraların modullarına rəqib olacaq.

Teach.az Milli.Az-a istinadən bildirir ki, dərc edilmiş spesifikasiyalara əsasən, "IMX586" sensoru dünyada ən kiçik piksellərə (0,8 nanometr) malikdir. Bu, standart modulda 8000x6000 təsvir ölçüsündə (48 meqapiksel) şəkil çəkməyə imkan verəcək. Adətən pikselin ölçüsünün azaldılması çəkilişin keyfiyyətinə pis təsir edir, çünki ona daha az işıq düşür. Amma "Sony" şirkətinin mühəndisləri "Quad Bayer" adlı piksellərin yerləşməsi sxemi sayəsində bu məhdudiyyəti keçməyə müvəffəq olurlar.

Bundan başqa, şirkət kameranın modulunda ekspozisiyanın idarə edilməsi və siqnalın işlənməsi texnologiyaları sayəsində istifadəçilərə yüksək keyfiyyətli şəkillərə dair söz verib. Bu, sensorun dinamik diapazonunu 4 dəfə yüksəltməyə imkan verir.

Yeni modul bu ilin sentyabrında satışa çıxarılacaq, amma "Sony IMX586" əsaslı ilk qurğuların bazara çıxarılma tarixi hələ ki məlum deyil.