5G smartfonlar üçün antenna hazırlanıb
"Qualcomm" şirkəti tərəfindən təqdim edilmiş millimetrlik diapazonlu dalğalar texnologiyasına ("mmWave") əsaslanan ilk antena modulu mobil qurğuları "5G" şəbəkəsi səviyyəsində buraxılış qabiliyyəti ilə təmin edəcək. "QTM052" qurğusu 4 antenadan ibarətdir (əlin siqnalı bloklamaması üçün smartfonun hər bir tərəfi üçün nəzərdə tutulub) və "Snapdragon X50 5G" modemi ilə birgə işləyir.
Teach.az Milli.Az -a istinadən bildirir ki, "MmWave" modulunun nəzəri buraxılış qabiliyyəti 5 Qbit/s təşkil edir. Ancaq şəhər şəraitində binaların siqnalın buraxılış qabiliyyətinə mane olacağını nəzərə alsaq, reallıqda sürət 1,4 Qbit/s-yə yaxın olacaq. Müqayisə üçün, "4G" şəbəkəsində sürət 700 Mbit/san-i ötmür.
Yeni modulların eni təxminən 7,7 mm-dir.
"QTM052" modulunu dəstəkləyən ilk smartfonların 2019-cu ilin birinci yarısında təqdimatı gözlənilir.