197 000 dollara Dünyanın ən bahalı ağıllı saatı

197 000 dollara Dünyanın ən bahalı ağıllı saatı

Android Wear sistemli Tag Heuer Modular Connected 45 ağıllı saat 1.600 dollara sizcə bahadı? Demək siz şirkətin yeni təqdim etdiyi dünyanın ən bahalı Android ağıllı saatı Tag Heuer Connected Full Diamond modelini eşitməmisiniz.

Almazla bəzədilmiş Tag Heuer Connected Full Diamond!
Salon International da SIHH 2018 sərgisində tanıdılan Connected Full Diamond-a 197 000 dollar dəyərindədir. Yəni 335 000 manat qiyməti ilə dünyanın ən bahalı ağıllı saat adını qazanıb.

İndi isə keçək dünyanın ən bahalı ağıllı saatı Connected Full Diamond-un xüsusiyyətlərinə. Məhsulun çərçivə və bilərzikdə hissəsi 18 əyyar ağ qızıldan. Məhsulun üzərində toplam olaraq 23.35 əyyar əl işi brilyant var. Bunun 78 ədədi çərçivədə, 16 ədədi rəqəm göstəricilərində və 495 ədədi isə bilərzikdə yerləşir. Almazın 1 ədədinin dəyəri isə 334 dollar olaraq açıqlanıb.



Əlavə olaraq digər bütün xüsusiyyətlər keçən il tanıdılan Connected Modular 45 modeli ilə eynidi. Cihaz Android Wear 2.0 əməliyyat sistemi, AMOLED ekran, Wi-Fi, Bluetooth, NFC, GPS v' Intel Atom Z34XX processora sahibdir. Əlavə olaraq məhsulun elektronik gövdəsini gələcəkdə istəsəniz mexanika ilə əvəz etmə şansınızda var.