100 illik nüvə batareyası
Rusiya Milli Nüvə Araşdırmalar Universitetindəki elm insanları, nano ölçülərdəki cihazlarda istifadə edilə biləcək nüvə batareyalar üçün nikel elementi üzərində işləyirlər.
Teach.az bildirir ki, Applied Physics Letters jurnalında nəşr olunan yeni bir məqaləyə görə, Rusiya Milli Nüvə Araşdırmalar Universitetindəki (MEPhI) alimlər, 100 il ömürlü nüvə batareya hazırlaya bilmək üçün betavoltaik güc qaynaqlı radioizotop enerji qaynaqları üzərində işləyir. Heç bir müdaxiləyə gərək olmadan stabil və tamamilə səssiz şəkildə işləyə bilən bu batareyalar, nanoelektron texnologiyası və nano ölçüdəki cihazlar üçün böyük əhəmiyyət daşıyır.
Elm insanlarının işlərində müvəffəqiyyətli olması təqdirdə hazırlanacaq nüvə batareyaları ürək döyüntüsünün sürətini nizamlayan cihazlar, miniatür qan şəkəri və ya qan təzyiqi ölçənlər, uzaqdan əmr sistemləri və mikro-robotlarda istifadə edilə biləcək.
Teach.az (mənbə-deyerler.org)