“iPhone” və “iPad”da daha 70 yeni emodzi olacaq

“iPhone” və “iPad”da daha 70 yeni emodzi olacaq

ABŞ-ın "Apple" şirkəti bəyan edib ki, "iPhone", "iPad" cihazlarının və digər məhsulların istifadəçiləri proqram təminatı yenilənəndən sonra 70 yeni emodzidən istifadə biləcəklər.

Teach.az lent.az-a istinadən xəbər verir ki, yeni emodzilərin cari ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Şirkətin mətbuat xidmətindən bildiriblər ki, hazırda yeni emodzilərin yaradılması üzərində iş aparılır. Bu emodzilər bu ilin sonuna qədər "iPhone", "iPad", "Apple Watch" və "Mac" istifadəçiləri üçün əlçatan olacaq.

Qeyd edilir ki, yeni emodzi növləri təsdiq edilmiş "Unicode 11.0" rəmzlər bazasında tərtib edilir. Bu emodzilər yazışmanı daha da emosional edəcək.

Mühəndislər emodzilərin siyahısını bütün istiqamətlər üzrə genişləndirirlər. Həmçinin super qəhrəmanlarla olan yeni rəmzlər yaradılacaq.