Yeni dizaynlı “İphone”lar satışa çıxacaq

Yeni dizaynlı “İphone”lar satışa çıxacaq

Hər il payızda yeni “İphone”larını tanıdan “Apple” şirkəti bu il də ənənəsindən geri qalmayacaq.

Teach.az xəbər verir ki, sentyabr ayında təqdim olunacaq 2018 seriyasında üç yeni telefon yer alacaq.

Fərqli dizaynları ilə göz oxşamağa hazırlaşan telefonların ekranı 5,8 inçdən başlayacaq.

Belə ki, ilk telefon 5,8 inç OLED ekranlı “İphone X”dir. 6,5 inç OLED ekranlı “İphone X Plus” və 6,1 inç LCD ekran “İphone” isə fərqli rəngləri ilə alıcıları sevindirəcək.

“İphone X”lə, “İphone X Plus” qızılı, gümüşü və tünd boz rəngdə, LCD ekranlı “İphone” isə qırmızı, mavi, boz, ağ və narıncı rənglərdə satışa çıxacaq.

Teach.az (mənbə-oxu.az)