Telefon tərəvəzdən enerji yığdı

Telefon tərəvəzdən enerji yığdı

İngiltərədə Ouen Luis adlı bir gənc olduqca fərqli bir üsul istifadə edərək texnoloji bir cihazı batareya ilə təmin etməyi bacardığını iddia etdi.
Çəkdiyi videoda soğan ilə reallaşdırdığı bir sıra əməliyyat sonrasında elektron cihazını sanki elektrikə taxar kimi istifadə etməni bacardı.

Yoldaşının verdiyi fikir ilə tərəvəzlərlə elektrik enerjisi çıxara biləcəyini düşünən Ouen Luis bunu reallaşdırdığı təcrübə ilə deyəsən sübut edə bilib.

Bu təcrübəsində soğan istifadə edərək işə başlayan gənc, nəhayət məqsədinə çatır.

Tərəvəzlərin hamısında ion var. Enerji içəcəkləri də bu ionları hərəkətə keçirəcək bir sıra məhlullara sahibdir.

Yəni uyğun şərtləri meydana gətirib enerji içkisi və tərəvəzlərdəki ion miqdarını bir araya gətirdiyinizdə, nəzəri olaraq belə bir elektrik enerjisinin ortaya çıxması olduqca realdır.

Ouen Luisin isə istifadə etdiyi üsul bu formadadır:

- bir alət ilə soğanın hər iki tərəfinə bərabər bir dəlik açırsınız. Soğanı hər hansı bir enerji içkisinin içinə salıb təxminən yarım saat sonra kimyəvi reaksiyaya keçməsini gözləyirsiniz.

- ən az yarım saat saxladığınız soğanı çıxardıb, tam şəkildə qurudursunuz.

- daha sonra elektron cihazın USB kabelini soğana batırıb istifadə edirsiniz. Və elektron cihaz işə başlayır.

Teach.az (mənbə-deyerler.org)