Toyota avtomobillərində səsli köməkçi olacaq:

Toyota avtomobillərində səsli köməkçi olacaq: "Alexa" - FOTO

İlk olaraq iOS sistemli ağıllı telefonlarda, daha sonra da Android ağıllı cihazlarda istifadə edilən Alexa indi də avtomobillərdə qarşınıza çıxacaq.

Teach.az xəbər verir ki, Toyota şirkəti gələn il istehsal edəcəyi yeni maşınlarda Alexa köməkçisini istifadəyə verəcək. Bu texnoloji xidmətdən Ford, Hyundai və Volkswagen kimi avtomobil şirkətlərinin də yararlanacağı bildirilir.

Amazon-un səsli köməkçisi Alexa-dan Lexus avtomobillərində istifadə olunmaq üçün artıq hazırlıqlara başlayıb.

Yeni köməkçi ilə avtomobilin içərisində alış-veriş siyahınızı tənzimləmə, səsli musiqi, ya da kitab oxuma kimi özəlliklərdən istifadə edə bilərsiniz.

Toyota şirkətinin rəsmi nümayəndəsi Zack Hicks bu barədə açıqlama verərək məhsulun CES 2019-da ictimaiyyətə təqdim ediləcəyini bəyan edib.