Rəng dəyişə bilən nano lazer texnologiyası
Elmin atdığı hər addım, bizi təbiətdən uzaqlaşdırır kimi görsənsə də, əslində ən böyük texnologiyaların belə kürəyini söykədiyi tək divar, yenə təbiətin özüdür.
Teach.az bildirir ki, elm bir çox sahədə inanılmaz inkişaflara imza atmağa davam edir. Hər zaman olduğu kimi də ən böyük ilham qaynağı təbiətin qüsursuzluğudur. Bu dəfə də ABŞ-ın Şimal-Qərb Universitetinib bir qrup elm insanı, buqələmunların rəng dəyişdirmə sistemindən ilhamlanaraq və nano texnologiyanın imkanlarını istifadə edərək, yeni bir rəng dəyişdirmə texnologiyası yaratdılar.
İş buqələmunların rəngləri necə dəyişdirdiyi sualına verilən cavabları əsas götürərək icra edildi və eyni sistemi istifadə edərək işləyən bir nano lazer yaradıldı. Nano lazerin gələcəkdə smartfonlar və televizorlarda, elastik optik ekranlarda, geyilə bilən foton cihazlarda və gərginliyi ölçən ultra həssas sensorlarda istifadə edilməsi gözlənilir.
Buqələmunlar, dərilərindəki nanokristallar arasındakı boşluqları nəzarət edərək rənglərini asanca dəyişdirə bilir. Bu texnologiyanı təqlid etdiyimizdə isə, bənzər qabiliyyətlərə sahib bir texnologiya hazırlamaq mümkün olur. Nano Letters adlı jurnalda nəşr olunan bir məqalə ilə paylaşılan inkişaf sayəsində gələcəkdə bir çox fərqli sahədə maraqlı inkişaflar yaşanacağı düşünülür.
Teach.az (mənbə-deyerler.org)