Ekransız ağıllı saat

Ekransız ağıllı saat

Proyeksiya texnologiyası sayəsində saatı biləyə əks etdirən ağıllı saat yaradıldı.

Ukraynanın Mixail Medvid adlı şirkətin yaratdığı bu xüsusi ağıllı saat bilərzik dizaynına sahibdir. Görünüşü ilə digər ağıllı bilərziklərdən fərqi olmasa da, əslində bu cihazın əhəmiyyətli bir xüsusiyyəti var - proyeksiya.

Teach.az bildirir ki, proyeksiya texnologiyası sayəsində istifadəçilər yolda vasitələrilə hərəkət halındaykən bilərziklərini yelləyərək ya da üzərindəki düyməyə basaraq həmin an saatın biləyinə əks olunmasını görə bilir. 10 saniyə qədər biləkdə görsənən saat daha sonra itir. Bu mənada bu saat üçün dünyanın ilk proyeksiyalı saatı da deyilə bilər.
Hərəkət sensorlu olan ağıllı saat, telefonlarla sinxronizə edilə bilir. Bluetooth texnologiyasını istifadə edən və telefonlarla əlaqə qura bilən cihaz yalnız saatı göstərmir, eyni zamanda telefonunuza gələn SMS, e-poçt və çağırış kimi məlumatları da yenə bənzər formatda istifadəçiyə bildirir.

Ukraynalı ixtiraçı tərəfindən yaradılan və gələcək aylarda bazara çıxarılacaq ağıllı saatın nə qədər rəğbət görəcəyi isə indidən bir maraq mövzusudur.

Teach.az (mənbə-deyerler.org)