Xiaomi-dən ağıllı avtomobil güzgüsü

Xiaomi-dən ağıllı avtomobil güzgüsü

Çinin "Xiaomi" şirkəti "ağıllı" avtomobil güzgüsünü təqdim edib.

Teach.az-ın Vistanews.ru-ya istinadən xəbərinə görə, güzgü 62 dollara satışa çıxarılıb.

"Mi Smart Rearview Mirror Recorder" adlanan qurğu 5 düymlük sensorlu ekranla təchiz olunub. O, 854 * 480 ölçüyədək genişlənə bilir. Səsli komandalar həm rakursu dəyişməyə, həm də videoyazı etməyə imkan verir. Güzgü fotoşəkillər də çəkə bilir.

Daha 15 dollar ödəməklə ehtiyat kamera da ala bilərsiniz. Bu isə obyektlərin panoramlığını iki dəfə artırmağa imkan verir.