Samsungdan mövcud qulaqlıqların sonunu gətirəcək yeni texnologiya!

Samsungdan mövcud qulaqlıqların sonunu gətirəcək yeni texnologiya!

Samsungun da olduğu bir qrup texnika inkişaf etdiricilər, istifadəsi son dərəcə narahat olan mövcud qulaqlıq texnologiyasını, geyimlərimizin içinə belə yerləşdirə biləcəyimiz mini spiker texnologiyası ilə dəyişdirmək istəyir.
Günümüz texnologiyasında fərdi olaraq bir şeylər dinləmək istədikdə ya qulağımıza rahat olmayan qilaq içi qulaqlıqlarını salmaq məcburiyyətində qalırıq ya da başımızı tamamilə əhatə edən və bir müddət sonra baş ağrısı edən qulaq üstü qulaqlıqları taxmaq məcburiyyətində qalırıq. Yaxşı bəs hər ikisinə də ehtiyacımız olmasaydı?


Samsung, o cümlədən bir qrup developer yeni bir audio texnologiyası üzərində işləyir. Sözü gedən texnologiya, daha əvvəl heç görmədiyiniz qədər kiçik və incə dinamikləri bir boyun bandına ya da paltarlarınızın içinə yerləşdirir. Eyni zamanda bu dinamiklər yalnız eşitdiyiniz yüksəklikdə səs verir. Beləliklə, səs çölə getmir.

Texnologiya hələ kommersiya təqdimatından uzaqdır. Lakin CES 2018-də texnologiyanın prototipi təqdim edildi. İstifadə olunan əsas texnologiya (ultrasəs modulyasiyası) yeni bir texnologiya deyil. Lakin bu şəkildə istifadə edilməsi, yaxın ya da orta müddətli gələcəkdə qulaqlıq texnologiyasının tamamilə dəyişməsini təmin edə bilər.


sh