Heç bir əlaqəyə ehtiyac olmadan dostlarınızın yerini tapmaq imkanı verən ixtira

Heç bir əlaqəyə ehtiyac olmadan dostlarınızın yerini tapmaq imkanı verən ixtira

Bir İndiegogo layihəsi olan Lynq adlı cihaz hər hansı bir əlaqəyə ehtiyac duymadan, Lynq sahibi iki adamın bir-birlərini tapmasını təmin edir.
Ümumiyyətlə xizək idmançıları və təbiət gəzintisi etməyi sevənlərin qarşılaşdığı çətinliklərdən birinə çarə olan bu cihaz olduqca rahat görünür. Heç bir peyk əlaqəsi, naviqasiya və mobil məlumat bağlantısı ehtiyac duymayan Lynq sayəsində artıq kimsə bir-birini itirməyəcək.


Lynq geyimlərinizə və ya çantanıza taxa biləcəyiniz, hər hansı bir məlumat bağlantısına ehtiyac olmadan cihaz sahibi digər insanların nə qədər uzaq və hansı istiqamətdə olduğunu söyləyən kiçik bir alətdir. Qurğu digər Lynq cihazlarına və GPS yerlərə qoşulmaq üçün uzun məsafəli, aşağı güclü frekansları istifadə edir və beləliklə mobil məlumat və ya Wi-Fi bağlantısı tələb etmir.



Uşaqlarıyla birlikdə təbiət gəzintilərini sevən ailələr üçün, xizək idmançıları və it sahibi kimi bir çox qrupun işinə yaraya biləcək bu cihaz, ikili set olaraq 174 dollara satılır. 4-lük və 12-lik olmaqla geniş ailə və qruplar üçün də imkanları olan Lynq, təbiət idmanları ilə maraqlananlar üçün də yaxşı texnologiyadır. Siz də satın almaq və ya araşdırmaq üçün bu linki istifadə edərək rəsmi satış səhifəsinə daxil ola bilərsiniz.



sh