iPhone cihazınızı itirmənizə son verəcək üzük: Motiv Fitness

iPhone cihazınızı itirmənizə son verəcək üzük: Motiv Fitness

Gün içində davamlı hərəkət halında olmaq, bizlərə bəzən telefonlarımızı ən son hara qoyduğumuzu unutdura bilir. Motiv şirkəti isə bizlərə bu mövzuda köməkçi olmaq üçün kiçik bir addım atıb. Qısa müddətdə görənlərin bəyənməsini yığan Motiv fitness üzüyü, idman sevər iPhone istifadəçiləri tərəfindən olduqca müvəffəqiyyətli hesab edilir. Kiçik avadanlığa yeni xüsusiyyətlər əlavə edən şirkətin çox yaxşı iş çıxardığını da söyləyə bilərik.

Teach.az xəbər verir ki, keçdiyimiz Aprel ayında üzük Alexa funksionallığı və Android dəstəyi almışdı. Bu həftə şirkət, Amazonun ağıllı asistana əlavə olaraq, cihazınızı itirməniz vəziyyətində dərhal tapa bilməniz üçün yeni bir xüsusiyyəti də üzüyə əlavə edib. Bu nöqtədə əgər itən iPhone-nunuz, bluetooth mənzilində isə üzük, telefonunuzu tapana qədər titrəyir.



Alexa funksionallığına gəlincə, istifadəçilər artıq asistandan aktiv dəqiqələr, kalorilər, yuxu və addımlar daxil olmaqla daha ətraflı idman məlumatları əldə edə biləcəklər. Motiv eyni zamanda, üzüyü istifadə edən şəxslər arasında fəaliyyət məlumatlarını paylaşa biləcəkləri bir sistem də inkişaf etdirib.

Həyatımızı asanlaşdıracaq bu cür kiçik detallar eyni zamanda bizlərə və cihazlarımıza da istifadə asanlığı təmin edir.

Fira