Apple-dan gözləmələrinizi bambaşqa bir ölçüyə daşıyacaq olan iOS 12 anlayışı

Apple-dan gözləmələrinizi bambaşqa bir ölçüyə daşıyacaq olan iOS 12 anlayışı

WWDC 2018 fəaliyyətinə artıq sayılı günlər qalıb və Apple, mobil əməliyyat sisteminin yeni versiyası olan iOS 12-ni bir həftədən qısa müddət içində tanıdacaq. Lakin şirkət, iOS 11-də yaşanan dayanıqlılıq problemləri səbəbi ilə iOS 12-də mobil əməliyyat sisteminə yeni funksiyalar əlavə etmək yerinə daha çox performans və dayanıqlılıq yaxşılaşdırmalarına üstünlük verəcək.

Teach.az xəbər verir ki, Michael Calcada, Applenin iOS 12-dəki gözləmələrini qarşılamayacağını düşünərək öz iOS 12 versiyasını yaradıb. Daha da əhəmiyyətlisi Calcada-nın konsept iOS 12 versiyasına əlavə etdiyi xüsusiyyətlərin bir çoxu daha əvvəl danışılmayıb, bu səbəblə reallaşması halında iOS istifadəçilərini məmnun edəcək.



Michael Calcada ilk olaraq bildiriş ekranını dəyişdirir. Artıq hər tətbiqin öz bildiriş kartları var. Lakin siz bildirişləri görmək istəmədiyiniz müddətcə ekranda yalnız bildiriş gələn tətbiqlərin nişanları iştirak edir. Ayrıca artıq hər hansı bir yoldaşınız sizə mesaj yazdığında daha mesaj gəlmədən bildirişini görə biləcəksiniz.



Bununla birlikdə Calcada, tətbiq dəyişdirici və nəzarət mərkəzini də yeniləyir. Yeni nəzarət mərkəzi çox daha rahat hala gələrkən, tətbiq dəyişdirici də istifadəçilərə daha yaxşı bir təcrübə təqdim edir. Calcada ayrıca az qala bütün mobil istifadəçilərinin uzun zamandır gözlədiyi gecə rejimi xüsusiyyətini də iOS 12-ə əlavə etmiş vəziyyətdədir.



Calcada ana ekranda da kritik bir dəyişikliyə gedir. İstifadəçilər istədikləri təqdirdə bütün tətbiqləri tək bir ekrana yerləşdirə bilir və ekranı yuxarı-aşağı sürüşdürərək bütün tətbiqləri görüntüləyə bilir.

Fira