Apple və Google, Niyə Telefonlarınızı Daha Az İstifadə Etməyinizi İstəyir?

Apple və Google, Niyə Telefonlarınızı Daha Az İstifadə Etməyinizi İstəyir?

Əminik bu an bu sətirləri oxuyarkən belə 'nə əlaqəsi var?' deyə keçirirsiniz içərinizdən. Ancaq Apple və Google-un ağıllı telefonlarınızı daha az istifadə istəmələri üçün əsaslı səbəbləri var.
Ağıllı telefon bazarı bu gün heç olmadığı qədər gərgin və mübarizələrin üst səviyyədə olduğu bir bazardır. Hal belə olduqda ağıllara ilk gələn bu ağıllı telefonlar istehsal edən şirkətlərin, telefonlarınızı əlinizdən buraxmanızı istəməməsi olur.

Telefonunuzu dayanmadan əlinizdə tutmaq, sıxıntılarınızı davamlı burada aradan qaldırmaq Apple və Google kimi nəhəng şirkətlərin işinə gəlmir. Ən azından uzun müddətdə reallıq budur. Niyə bu şirkətlər sizin telefonunuzdan daha az istifadə etməyinizi istəyirlər?

Tək bir tənliklə açıqlayaq: Təhlükəsizlik = Satış


Təhlükəsizlik kəməri nümunəsindən gedək. 1968-ci ildə hər vasitədə olması zəruri hala gəlmədən 17 il əvvəl təhlükəsizlik kəmərləri vasitələrin bir 'əlavə xüsusiyyəti' olaraq təqdim edilirdi. Zəruri hala gələnə qədər təhlükəsizlik kəməri olan vasitələr digərlərini satışlarda sanki əzib keçirdi.

Buna oxşar olaraq sizin ağıllı telefonunuz şişirdilmiş saatlar keçirməniz, telefondan qaynaqlı bir problem yaşamağınız ehtimalını artırır. Yaşanan problemin qaynağı nə olursa olsun o an istifadə etdiyiniz ağıllı telefon firmasının imici gözünüzdə yerlə bir olacaq. Son illərdə oyunların başında davamlı qarşılaşdığınız 'epilepsiya xəbərdarlıqları' da əslində bu fikrin bir məhsuludur. Sizin epilepsiya narahatlığına sahib olmağınız, o oyunu oynayarkən epilepsiya krizinə girdiyinizdə əhəmiyyət verəcəyiniz bir vəziyyət olmayacaq. Günah ya o oyundadır, ya da o oyunu oynadığınız platformada.



Yekunlaşdırmaq lazım olsa, telefonunuzu nə qədər çox istifadə etsəniz problem yaşama ehtimalınız o qədər artar. Nə qədər az təmasda olsanız, o qədər çox darıxar və bir o qədər də həvəsinizi ala bilməmiş olarsınız. Bu sayədə firmanın yeni məhsullarına da bir o qədər əlaqədar qalarsınız. Artıq texnologiyanın hər sahəsiylə əlaqədar olan bizlər üçün bu bir az qəribə gəlsə də; uzun müddətli şirkət siyasəti baxımından strategiya bu şəkildə işləyir.