Apple simsiz enerjiyə keçir - gec də olsa
"Apple" şirkəti "AirPower" adlı simsiz enerjidoldurma qurğusunu cari ilin sentyabrında təqdim edəcək.
Teach.az bildirir ki, bu, istehsal prosesində çətinlik olması ilə izah edilir. ABŞ şirkəti qurğuların enerji ilə simsiz doldurulması texnologiyasını 2017-ci ilin sentyabrında elan etmişdi. "Bloomberg" agentliyinin məlumatına görə, bütün bu müddət ərzində mühəndislər bir sıra problemi həll etməyə çalışıblar.
İstehsalçıların fikrinə görə, simsiz enerjidoldurma qurğusu universal olmalı və müxtəlif tip qurğuları ("iPhone", "Apple Watch" və "AirPods") enerji ilə doldurmalıdır. Buna görə o, bir neçə sensor və mürəkkəb komponentlər dəsti ilə təchiz edilməlidir.
Teach.az (mənbə-milli.az)