Android-in idarə olunması asanlaşır

Android-in idarə olunması asanlaşır

"Google" şirkəti "Google Account"un yeni interfeysini təqdim edib. Artıq bütün funksiyalar "Android" sisteminin idarəetməsi altında işləyən qurğularda əlçatandır, yaxın vaxtlarda bu funksiyalar, həmçinin "iOS" sistemli qurğularda və fərdi kompüterlərdə əlçatan olacaq.
Teach.az bildirir ki, interfeysə daxil edilmiş yeni funksiyalar hesabı daha rahat idarə etməyə imkan verəcək. Təhlükəsizlik və məxfilik parametrləri, o cümlədən hesabla əlaqəli aktual informasiya (məsələn, fərdi məlumatlar, qurğular, ödəniş üsulları, alış-veriş, abunə, sifariş vermə və əlaqələr) yenilənib.
Tərtibatçılar bildirirlər ki, indi "Google Account"da sazlamaları və başqa parametrləri axtarıb tapmaq daha asanlaşıb. Bunun üçün ekranın aşağı hissəsində yerləşdirilmiş "Axtarış" ikonkasına sıxaraq sorğunu daxil etmək lazımdır.

Həmçinin təhlükəsizlik sazlamaları yenidən işlənib. Bundan başqa, "Google Account" məlumatların mühafizəsi üçün öz tövsiyələrini verəcək.

Teach.az (mənbə-milli.az)