Xiaomi Mi 8-in dünyada ilk olacaq xüsusiyyəti

Xiaomi Mi 8-in dünyada ilk olacaq xüsusiyyəti

Xiaomi, uzun müddətdir danışılan yeni ağıllı telefonlar Xiaomi Mi 8 və Mi 8 SE modellərini təşkil edəcəyi mətbuat fəaliyyəti ilə birlikdə istehlakçıların bəyənməsinə təqdim edəcək. Cihazların təqdimatına yalnız bir gün qalmış Mi 8 və Mi 8 SE ilə əlaqədar sızıntılar üst-üstə gəlməyə başlayıb.

Teach.az xəbər verir ki, ilk sızıntı cihazların satış tarixlərini ortaya çıxarır. Çindən gələn məlumatlara görə yeni Xiaomi Mi 8, 5 İyun tarixində rəsmi olaraq satışa təqdim edilərkən, daha uyğun qiymət model olan Xiaomi Mi 8 SE, 8 İyundan etibarən alına biləcək.



İkinci sızıntı isə SlashLeaks tərəfindən ortaya çıxarılıb. Xiaomi Mi 8-ə aid olan fotoşəkillər, cihazın dizayn xüsusiyyətlərini tamamilə ortaya çıxarmış olub. Görünüşə görə Mi 8, ekranın alt çərçivələrini minimum səviyyəyə endirmiş vəziyyətdədir. Təəccübləndirici olmayan bir şəkildə cihaz gücünü Snapdragon 845-dən alacaq və cüt arxa kameraya sahib olacaq.

Lakin burada daha əhəmiyyətli bir detal var; Xiaomi Mi 8, dünyanın cüt GPS modulu sahib ilk ağıllı telefonu olacaq. Cüt GPS modulu, ağıllı telefonun mövqeyinin tam olaraq müəyyən olmasında kritik bir əhəmiyyətə sahib olacaq.

Fira