2018 iPhone modelləri üçün ƏHƏMİYYƏTLİ QƏRAR

2018 iPhone modelləri üçün ƏHƏMİYYƏTLİ QƏRAR

OLED ekran ilk dəfə iPhone X ağıllı telefon ilə ötən il iOS istifadəçilərin qarşısına çıxmışdı. İndi isə iddialar, Appletərəfindən ciddi bir qərar alınaraq bu ekran texnologiyasının bütün silsiləyə həm də bu il gələcəyi istiqamətindədir.

Teach.az xəbər verir ki, iddialara görə Apple, ani bir qərar verərək bu il təqdim edəcəyi bütün yeni iPhone ağıllı telefonlarının OLED ekranlı olmasını hədəfləmiş vəziyyətdədir. Daha əvvəl bu il gəlməsi gözlənililən 2018 iPhone modellərinin ikisinin OLED birinin isə LCD ilə gələcəyinin irəli sürgün xatırladaq. Bu iddialar, bir anda ortalığı hərəkətləndirməyi bacarıb.

Digər tərəfdən, bu inkişafın Japan Display (jdi) baxımından heç bir yaxşı tərəfi yoxdur. Bunun səbəbi isə şirkətin, Apple üçün yalnız LCD tədarükçüsü olmasıdır. Hətta bu iddialar sonrasında şirkətin səhmləri bir anda yüzdə 10 dəyər itirmiş vəziyyətdədir. Düşünün ki, daha indidən söz-söhbətlər belə şirkəti zərərə salacaq qədər təsirli olub.



Bu an ən böyük OLED istehsalçıları mövqeyində isə LG Display və Samsung Display var. Ayrıca sektor, tamamilə OLED iPhone ardıcıllığının trend olaraq rəqiblərin orta səviyyə cihazlara da yayılacağını və bu səbəbdən orta pərakəndə qiymətlərini də artıracağını düşünür.

Shinyoung Securities analitiki Lee Won-sik isə OLED texnologiyasına keçidin komponent üçün qaynaq müxtəlifliyi mənasını gəldiyini vurğulayır. Yaxşı, bu nə anlama gəlir? Qaynaq müxtəlifliyi ilə Apple, iPhone istehsalı və paylanması mövzusunda əlini gücləndirmiş olacaq. Nümunə vermək lazım olsa, noyabr 2017 tarixində çıxışı reallaşdırılan iPhone X üçün meydana gələn uzun gözləmə müddətləri ortadan qalxmış olacaq.

Baxaq, iddia edildiyi kimi payız aylarında reallaşdırılacaq iPhone fəaliyyətində, həqiqətən bütün iPhone ardıcıllığı OLED ekrana qovuşmuş olaraq qarşımıza çıxacaqmı?

Fira