WhatsApp, gözlənilən xüsusiyyəti nəhayət istifadəyə təqdim etdi

WhatsApp, gözlənilən xüsusiyyəti nəhayət istifadəyə təqdim etdi

Facebook, dünyanın ən məşhur mesajlaşma tətbiqi olan WhatsApp-a yaxın gələcəkdə bir çox yeni xüsusiyyət gətirəcəyini bildirmişdi.

Teach.az xəbər verir ki, Facebook-un WhatsApp-a gətirəcəyi xüsusiyyətlər arasında ən çox maraq edilənlər isə çoxlu görüntülü və səsli görüşmə xüsusiyyəti idi. Bu xüsusiyyət sayəsində 3 istifadəçi eyni anda istər görüntülü, istər səsli görüşmə reallaşdıra bilir.



Əgər WhatsApp-ın Android beta proqramına qatıldınızsa və çoxlu görüntülü ya da səsli görüşmə xüsusiyyətinə çata bilmirsinizsə, tətbiqinizi 2.18.162 versiyasına yenilədiyinizdən əmin olun. Yenə də xüsusiyyət hələ bütün beta istifadəçilərinə təqdim edilmiş deyil.

Söz mövzusu xüsusiyyət qısa müddətə iOS versiyasına təqdim olunmuş olsa da WhatsApp sürətli bir yeniləmə ilə xüsusiyyətə daxilolmanı bağlayıb. Bundan anladığımız qədəri ilə çoxlu görüntülü və səsli görüşmə xüsusiyyətinin bütün istifadəçilərə təqdim edilməsi üçün hələ bir az zaman lazımdır.

Fira