Xiaomi Redmi 6 Pro-nun xüsusiyyətləri və dizaynı müəyyən oldu

Xiaomi Redmi 6 Pro-nun xüsusiyyətləri və dizaynı müəyyən oldu

Keçdiyimiz həftə TENAA-da Xiaomi-nin üç yeni ağıllı telefonu M1804C3CC, M1804C3DE və M1804C3CE ortaya çıxmışdı. Bu telefonlardan ikisinin Redmi 6 və Redmi 6A olduğu bilinsə də M1805D1SE model nömrəsinə sahib cihazın hansı adla bazara çıxacağı bilinmirdi. Lakin indi, söz mövzusu cihazın Redmi 6 Pro olacağı qəbul olunub.

Teach.az xəbər verir ki, ortaya çıxan vizuallar görə Xiaomi Redmi 6 Pro, Redmi 5 Pro-nun əksinə çentikli bir dizayna sahib olacaq. Cihazın arxa kamera quraşdırılması isə iPhone X-da olduğu kimi cihazın küncündə şaquli mövqedədir. Dizayn mövzusunda isə cihaz gözə batacaq qədər qalın bir çərçivəyə sahibdir.

Xiaomi Redmi 6 Pro Xüsusiyyətlər (Sızıntı)

Prosessor: 2GHz 8 nüvəli prosessor
RAM: 2GB / 3GB / 4GB
Saxlama: 16GB / 32GB / 64GB
Ekran: 5.84 düym Full HD
Arka Kamera: 12MP ikinci kamera (bilinmir)
Ön Kamera: 5MP
Batareya: 4000mAh
Əməliyyat Sistemi: Android 8.1 Oreo

Qara, gül qızıl, qızıl, ağ, mavi, qırmızı, çəhrayı, boz və gümüş olmaqla 9 fərqli rəng variantı ilə satışa təqdim ediləcək olan cihazın nə vaxt tanıdılacağı hələ bilinmir. Lakin Xiaomi'nin 31 Mayda Mi 8-i tanıdacağını düşünsək, cihazın qısa müddət içində ortaya çıxmayacağını təxmin edə bilərik.

Fira