iOS 12 ilə birlikdə iPhone istifadəçilərini hansı yeniliklər gözləyir?

iOS 12 ilə birlikdə iPhone istifadəçilərini hansı yeniliklər gözləyir?

Apple, bir həftədən daha qısa müddət içində WWDC-nin açılışını edərək iOS, MacOS, tvOS və watchOS əməliyyat sistemlərinin yeni versiyalarını Apple istifadəçilərinə təqdim edəcək. Fəaliyyət hər nə qədər dolu keçəcək olsa da, dünyanın gözü daha çox şirkətin mobil əməliyyat sistemi olan iOS 12-nin gətirəcəyi yeniliklərdə olacaq.

Teach.az xəbər verir ki, şirkət bu ana qədər mobil əməliyyat sisteminin gələcəyi mövzusunda səssizliyini qoruyub. Lakin Apple-a yaxın qaynaqların reallaşdırmış olduğu sızıntılar şirkətin nələr planlaşdırdığı və gələcək ayın başında nələr tanıdacağı haqqında fikir sahibi olmamızı təmin edib.

iOS 12 bizə nə təqdim edəcək?

Apple ötən il iOS 11 ilə birlikdə əməliyyat sistemində ciddi bir dəyişikliyə getmişdi. Bu dəyişikliklər bir çox gözlənilməz səhv və dayanıqlılıq problemlərini özü ilə gətirmişdi. Bu səbəblə Apple, iOS 12də yeni bir xüsusiyyət gətirməkdən çox performans və dayanıqlılığı inkişaf etdirməyə cəmləşir. iOS əməliyyat sisteminin Steve Jobsun tanıtmış olduğu ilk versiyalardakı qədər qərarlı və yüksək-performanslı olmadığı bir gerçəkdir.Apple, bu vəziyyəti tərsinə çevirmək istəyir.

iOS 12 ilə birlikdə həm iPhone həm də iPads üçün ana ekran yenidən əldən keçiriləcək. Ayrıca yeni 'şəkillər' tətbiqi, köhnəsinə görə çox daha çox xüsusiyyət ehtiva edəcək. Apple-ın iOS 12 ilə birlikdə ən çox üzərində çalışdığı mövzu ARKit olacaq. Narahat Etmə rejimi və səhiyyə tətbiqindəki yaxşılaşdırmağa davam edəcək. Apple həmçinin iPhone bir keçid kartı halına gəlməsi üçün NFC xüsusiyyətini də açmağı planlaşdırır. Bununla birlikdə şirkət yeni bir animasiya dəstəyi gətirir. Ayrıca FaceTime görüşmələrinə animasiya dəstəyi gəlməsi də söz mövzusudur.



Siri

Şirkətin Siri ilə əlaqədar planları tam olaraq bilinmir, lakin Siri'nin yeni bir səsə qovuşması, daha 'ağıllı' olması, daha çox üçüncü partiya və sistem tətbiqini dəstəkləməsi ola biləcək. Lakin mövzu ilə əlaqədar ətraflı məlumat üçün WWDC 2018-ci ildə gözləməkdən başqa şansımız yoxdur. Yeni Siri, iOS 12 istifadəçilərinin hər dərdinə yetişməyə çalışacaq.

Fira