Quşların Niyə Dişlərinin Olmadığını Bilirsinizmi?

Quşların Niyə Dişlərinin Olmadığını Bilirsinizmi?

Bilirsiniz ki hər bir orqanımız və üzvümüz, bizlər üçün böyük əhəmiyyət daşıyır. Bizə lazım olan yeməyi yemək üçün əlbəttə dişlərə ehtiyacımız var. Yaxşı bəs dişləri olmayan canlılar, onlar necə bəslənir heç düşünmüsünüz?

Biz insanlar üçün dişlər, həyatımızın rahat bir şəkildə davamı üçün əlbəttə böyük bir əhəmiyyətə sahibdir. Həm qidaların dadını almaq, həm də həzmə göndərmədən əvvəl kiçiltmək üçün istifadə etdiyimiz dişlərimiz olmasa nə edərdik? Bizlər üçün bu vəziyyətin çətin olacağına hamımız əminik, ancaq dişləri olmayan quşlarda elə deyil.



Diş quruluşuna sahib olmayan quşların diş yerinə dimdiklərindən istifadə etdiklərini söyləyə bilərik. Bu vəziyyət növdən növə fərqlilik göstərmiş olsa da bəzi quşların dimdiklərinin kəskin olması, onlara sanki diş təsiri yaradır. Digər tərəfdən yeməklərini dimdikləri köməyiylə parçalayan quşların əsl diş vəzifəsini isə daşlıq deyilən bölgələri görür. Daşlıq, quşların yedikləri qidaları parçalaması səbəbiylə dişi əvəz edir.

Bunlara əlavə olaraq, quşların diş formalaşması üçün lazımi vaxtları olmadığını da söyləmək lazımdır. Ötən çərşənbə günü nəşr olunan bir məqalədə, tədqiqatçılar dişsiz dimdiklərin təkamülü üzərinə uzun bir yazı yayımladılar.


Journal of Biology jurnalına danışan Bonn Universiteti tədqiqatçıları Tzu-Ruei Yang və Martin Sander, quşların təkamül xarakterli diş itkisinin sürətli embrion inkişafı və bu səbəbdən daha qısa inkübasyon üçün bir yan təsir olduğunu qarşıya qoydular. Bütün bunlara əlavə olaraq dimdiklər, quşlar və onların yemləri üçün çox daha faydalıdır. Gördüyünüz kimi təbiət, bütün canlılara həyat tələblərinə görə imkanlar təqdim edir.



sh