İşıq çirklənməsinin bədənimizə təsiri

İşıq çirklənməsinin bədənimizə təsiri

Süni işıq çirklənməsindən ən çox təsirlənən bölgələri göstərən yeni bir xəritə hazırlandı. Mövzunun mütəxəssisləri, bu işığın ruh və bədən sağlamlığımız üzərindəki təsirlərini qiymətləndirir.

Hazırlanan əhatəli bir xəritə, Science Advances adlı nəşrdə bu ay nümayiş olundu. Yeni atlas çox daha dəqiq bir görünüş təsvir edir.

Teach.az bildirir ki, atlas, gecələri elektrik işığından atmosferə əks olunan süni səma parıltısını ölçür. Bu parıltı, işıq çirklənməsindən qaynaqlanır. Bəs bu çirklənmə hansı ölçülərdədir?

Atlas işini icra edən qrupun başında olan İtalyan elm insanı Fabio Falçi, işıq çirklənməsinə görə insanların üçdə birinin artıq Samanyolu qalaktikasını görə bilmədiyini, ən böyük itkinin də sənayeləşmiş bölgələrdə olduğunu ifadə edir. Avropalıların 60% ilə şimal amerikalıların 80% gecələri Samanyolu qalaktikasını görə bilmir.

Ancaq işıq çirklənməsi ilə əlaqəli problem yalnız ulduzları görə bilməkdən ibarət deyil. Fabio Falçi və qrupu, bu çirklənmənin ətraf və insanların sağlamlığına da təsirli olduğunu ifadə edir.

Ən sıx işıq çirkliliyi haradadır?

Ölçümləri reallaşdıran peyk, yerdən 800 km yüksəklikdə qütblər üzərində gəzib, gecələri dünyanın fotoşəkilini çəkir. İşığın yeri və sıxlığı müəyyən olunur. Sonra bu göstəricilər xəritələrə çevrilir.

Xəritədə səma nə cür parlaq görünürsə, gecə ulduzları görmək də o ölçüdə çətinləşir. Məsələn Nyu Yorkdakı Tayms meydanında gecə səmada yalnız bir neçə ulduz görə bilərsiniz.

Fabio Falçi bildirib ki, işıq çirklənməsinin ən çox olduğu ölkə Sinqapurdur.
Teach.az (mənbə-deyerler.org)