Android 9.0 P yeniləməsini alması gözlənilən Samsung cihazları

Android 9.0 P yeniləməsini alması gözlənilən Samsung cihazları

Google, bu ayın əvvəllərində Google I / O 2018 konfransında Android 9.0 P-ni tanıdıb. Samsung daxil bir çox telefon şirkətinin hələ Android Oreo-nu cihazlarına tam gətirə bilmədiyi bir dövrdə, bir çox adam Android P-nin hansı cihazlara gələcəyini soruşmağa başlayıb.

Samsung-a olan yaxınlığı ilə bilinən Sammobile də bu mövzuya toxunaraq, hansı Samsung telefonlarının Android P-ni alacağını, hansılarının isə almayacağını siyahılayıb. Edilən siyahıların bir qətiliyi hələ tapılmır, ancaq gözləmələr Samsung cihazlarının yeni yeniləməni alması üçün lazımlı sıralamanın bu şəkildə olacağını söyləyir.

Teach.az həmin siyahını sizə təqdim edir:

Android 9.0 P alması gözlənilən Samsung Cihazları

Galaxy S9 (yeniləmə alacaq ilk Samsung cihazı)
Galaxy S9 +(yeniləmə alacaq ilk Samsung cihazı)
Galaxy S8
Galaxy S8 +
Galaxy Note 8
Galaxy A8 (2018)
Galaxy A6 (2018)
Galaxy A6 +(2018)
Galaxy J6
Galaxy Tab S3



Android 9.0 P almaması gözlənilən Samsung Cihazları

Galaxy S7 (ötən illərin smartfon sinifində iştirak edən cihazı onsuz da 2 böyük yeniləmə alıb)
Galaxy S7 Edge
Galaxy A5 (2017)
Galaxy A3 (2017)
Galaxy J7 (2017)
Galaxy J5 (2017)
Galaxy Xcover 4

Bu cihazlar xaricində, bu il təqdim ediləcək Galaxy Note 9 və ya daha aşağı sinif sayıla biləcək cihazların Android 9.0 P-ni alacağına qəti gözüylə baxılır. Avqust - Sentyabr ayı kimi təqdim olunacaq Android P-nin Samsung cihazlarına 6-10 ay arasında gəlməsi gözlənilir.

Fira