NASA, 46 il Fasilədən Sonra Aya Təkrar Astronavt Göndərəcək!

NASA, 46 il Fasilədən Sonra Aya Təkrar Astronavt Göndərəcək!

NASA kosmos ticarətini və turizmini inkişaf etdirmək üçün bir sıra mərhələnin və 46 ilin ardından, Aya təkrar astronavt göndərməyə hazırlaşır.
Texnoloji çəkişmələrin hardasa hər sahədə təsirini göstərdiyi indiki vaxtda, Çinin Ayın qaranlıq səthinə dair atdığı addımlardan sonra, ABŞ Ay mövzusunda səssizliyini pozaraq yeni bir proyektə hazırlanır.

Ötən il ABŞ prezidenti Donald Trumpın da əmri ilə başlayan layihə 1972-ci ildən bu yana Amerikanın Aya astronavt göndərdiyi ilk layihə olacaq. 2019-cu ilə qədər başlayacaq olan layihə, ilk növbədə robotik kosmos missiyalarını həyata keçirəcək. Müvafiq şərtlər hazırlandıqda, ABŞ astronavtları uzun illərdən sonra aya ayaq basacaqlar.



Mövzuya dair NASA Elm Vəzifələri Müdirliyi rəhbəri Dennis Andrucyk, "Yaxın gələcəkdə Aya kommersiya daşıma xidmətlərini bir mərhələ daha inkişaf etdirərək, turistik və ticarət kosmos vasitələrinin rahat eniş edə biləcəyi sahələrə dair bir sahə araşdırması etməyi planlaşdırırıq. Bu inkişaflar işığında kosmos turizmi daha təsirli bir hal ala biləcək." sözləri ilə bu addımın əhəmiyyətini vurğuladı.

SpaceX qurucusu Elon Muskın da bu cür bir xəyalı olduğu düşünüldüyündə bu layihənin SpaceX cəbhəsində bir ortaqlığa çevrilib çevrilməyəcəyi barədə hələ bir açıqlama yoxdur.


sh