Bütün ölkələr eyni valyutanı  istifadə etsəydi nə olardı?

Bütün ölkələr eyni valyutanı istifadə etsəydi nə olardı?

Hələ ki son zamanlarda, Azərbaycan Manatının digər pul vahidləri qarşısında dəyər itirdiyini gördükcə; 'Kaş ki bütün dünya eyni pul vahidi istifadə etsəydi' deyə düşünürük.
Amma bu vəziyyət həqiqətən də həm biz, həm də bütün insanlıq adına müsbət nəticələr gətirərdi görəsən? Sual budur...

Bəli tək bir pul vahidi ətrafında toplanan bir dünya, bu günə nisbətən çox daha məhsuldar olacaq. Amma eyni zamanda çox daha kövrək! Çünki ...



Fərqli iqtisadiyyatlar bir-birinə möhkəm bir şəkildə bağlı olacaq və bütün qoruyucu maneələr aradan qalxacaq. Beləliklə , qlobal ticarət daha sürətli yayılacaq.



Ölkələr öz pullarını çap edə bilməyəcək, bu səbəblə də yalnız iqtisadi böyüməyə arxalanacaqlar.

Pul, böyük iqtisadiyyatdan kiçik iqtisadiyyatlara sərbəst şəkildə axacaqdır.
Bu böyümə güclü olardı, lakin uzun müddətdə davamlı olmayacaqdı. Bir-birinə bağlı bir dünya daha kövrəkdir. Bir ölkədə baş verə biləcək hər hansı bir böhran hər yerdə tez bir şəkildə yayılacaq və zəncirvari reaksiyaya səbəb olacaqdır.


Avropa İttifaqı (Aİ) layihəsində tək bir pul vahidinin mənimsənməsi şübhəsiz yerli iqtisadiyyatların ticarət, iş gücü və sərbəst dövranını artırdı. Onsuz da bu ölkələr ticarət asanlığı və qarşılıqlı böyüməni təşviq etmək üçün ortaq bir pul vahidi mənimsəmişdi. Əks təqdirdə ölkələr arasındakı ticarət kobud və get-gedə daha kompleks bir vəziyyətə gəlirdi.

Ancaq böhran dövründə mənfi, hətta dağıdıcı təsirlərini görməyə başlayırıq. Əslində bir çox Avropa ölkəsi köhnə valyutaya dönməyi düşünür.


sh