Pişiklərin göz bəbəklərinin formasının sirrini bilirdinizmi?

Pişiklərin göz bəbəklərinin formasının sirrini bilirdinizmi?

Bilindiyi kimi pişiklər, heyvanlar aləmindəki ən fərqli gözlərdən birinə sahibdir. Bizlər kimi dairəvi bir gözbəbəyi yerinə, pişiklərin göz bəbəkləri şaquli bir ellips şəklindədir. Sürətli şəkildə mühitə uyğunlaşma təmin edən bu göz bəbəklərinin, maraqlı bir təsirə malikdir.
Pişiklərin də göz bəbəklərinin sirrini ortaya çıxaran bir işdə, araşdırmaçılar 214 fərqli quru heyvanını araşdıraraq canlıların göz bəbəklərinin forması ilə günü necə keçirdikləri arasında bir əlaqə olduğunu ortaya çıxarmışdır.



Göz bəbəyinin şəkli və böyüklüyü, gözə nə miqdarda işıq gəldiyini təyin edir və beynimizdə, ətrafımızdakı dünyanı ən effektiv şəkildə başa düşməyimizi təmin edir.

Hava qaranlıq ikən göz bəbəklərimiz də böyüyərək daha çox işığın gözə çatmasını hədəfləyir və görüşü yaxşılaşdırır. Hava aydınlıqkən göz bəbəklərimiz kiçilərək gözün çox işığa məruz qalmasına maneə törədir. Pişiklərin gözləri də eyni xüsusiyyətə sahibdir, həm də insan gözlərindən daha effektiv bir şəkildə bunu reallaşdıra bilir.

Məsələn pişiklərin şaquli ellips şəklindəki göz bəbəklərinin ən kiçik halıyla ən böyük halı arasında təxminən 200 qat fərq yaranarkən, insanların göz bəbəklərində bu fərq 15 qatdan çox ola bilmir.

Pişiklər gecə ovlanan heyvanlar olduqları üçün, bu göz bəbəyi böyüməsi onlara böyük üstünlük təmin edir. Gecələri göz bəbəkləri yaxşıca böyüdüyündə, çox az miqdarda işıq olsa belə ətraflarını dəqiq şəkildə görə bilir. Gündüz hava aydınlıq ikən son dərəcə kiçik hala gələn göz bəbəkləri də, yüksək miqdardakı işıqdan təsirlənməmələrini təmin edir. Bundan əlavə bu şaquli ellips şəklindəki göz bəbəkləri sayəsində pişiklər, ovlarının uzaqlıqlarını da çox daha dəqiq anlaya bilir.