“Samsung” sahiblərinin diqqətinə: Fotolarınız sizdən xəbərsiz başqalarına gedə bilər
“Samsung” smartfonları səbəbi məlum olmayan nasazlıq üzündən sahibindən xəbərsiz təsadüfi ünvanlara fotolar göndərə bilər.
101.az görə, bu barədə "Gizmodo” portalı məlumat yayıb.
Portal bildirir ki, artıq “Galaxy Note 8” və “Galaxy S9” smartfonlarında bir neçə belə hal qeydə alınıb. Güman olunur ki, fotoları “Samsung” standart messenceri smartfonun yaddaşından təsadüfi seçilən nömrələrə göndərir. Smartfonun sahibinə bu barədə hər hansı bildiriş gəlmir və yalnız qarşı tərəfin cavabından sonra o, nə baş verdiyini öyrənir.
Bir dəfə smartfonun yaddaşındakı bütün fotolar başqasına göndərilib.
“Biz bu barədə məlumatlardan xəbərdarıq. Mütəxəssislərimiz bu məsələ ilə məşğuldur”, - deyə “Samsung”dan bildirilib.
Hələlik müvəqqəti tədbirlərdən biri kimi messencerin smartfonun yaddaşındakı fotolara çıxışını bağlamaq nəzərdən keçirilir.
101.az (mənbə-lent.az)