Google One proqramı Play Store-da təqdim edildi

Google One proqramı Play Store-da təqdim edildi

Yaxın zamanda Google Drive-ın yerini alacaq olan Google One, Android ekosisteminin rəsmi proqram mağazası olan Play Store-da təqdim olunub. Lakin 9to5Google hesabatlarına görə Google One, hələ istifadəyə hazır deyil.

Google-un Google One proqramının Play Store səhifəsində tətbiqi bu şəkildə açıqlayır:

Google Drive, Gmail və Google şəkillər-dəki orijinal keyfiyyətli şəkilləriniz üçün saxlama planınızı idarə edə bilərsiniz.
Tək bir toxunuş ilə mütəxəssis qrupumuz ilə əlaqə qura bilərsiniz.
Üzvlər, otel qiymətləndirməsi və Play Store kredit üstünlüklərindən faydalana bilərlər.
Saxlama planınızı 5 ailə üzvünə qədər yaxınlarınız ilə paylaşa bilərsiniz.



Google hesabı olan hər kəs, pulsuz 15GB-lıq saxlama sahəsinə sahib olacaq. 100GB saxlama sahəsinin aylıq ödənişi 2 dollar, 200GB saxlama sahəsinin aylıq ödənişi 3 dollar olacaq. Maraqlıdır ki 2TB-lıq saxlama sahəsinin aylıq ödənişi 10 dollar olacaq. Yəni bu anda aylıq 10 dollara 1TB saxlama sahəsi edən üzvlər, avtomatik olaraq 2TB saxlama sahəsinə sahib olacaqlar.

Google One-ın saxlama sahəsi qiymətləri bu şəkildədir:

15 GB - pulsuz
100 GB - 1,99 ABŞ dolları / aylıq
200 GB - 2,99 ABŞ dolları / aylıq
2 TB - 9,99 ABŞ dolları / aylıq
10 TB - 99.99 ABŞ dolları / aylıq
20 TB - 199,99 ABŞ dolları / aylıq
30 TB - 299,99 ABŞ dolları / aylıq

Fira